Alman əsilli keçmiş Formula 1 pilotu olan Hermann Tilke hələ 28 yaşında FH Aachen ali məktəbdən memarlıq dərəcəsilə məzun olmuşdur. Mühərrik yarışlarına olan həvəsi ilə universitetdə qazandığı bilikləri fürsətə çevirərək 30 yaşında öz adını daşıyan memarlıq studiyasını yaratmışdır.

Hal-hazırda onun dizayn etdiyi marşrut ilə dünyanın bir çox şəhərlərində F1 həlqə yarışları keçirilir. Dublin, Buxarest, Ciddə, İstanbul, Vankuver və həmçinin paytaxtımız Bakı şəhəri onun təyin etdiyi konturlar üzrə bu yarışmalara ev sahibliyi etməkdədir.

Bir il sonra isə ilk dəfə olaraq pilot kimi bir maşın yarışının Avropa Turnirinə qatılır. Karyerasındakı xoronoloji ardıcıllığa nəzər yetirsək görərik ki, ilk sifarişini qəbul edənə qədər o, 12 il ərzində müxtəlik aralıqlarla mühərrik yarışlarında iştirak etmişdi. Hermann Tilke bu zaman kəsimində heç bir yer tutmasa da yarışlarda iştirak etməsi sonrakı memarlıq karyerasına müsbət mənada təsir göstərdiyini güman etmək olar. Məsələn, ilk uğur qazanan işi 1995-ci ildə Avstriyada yerləşən Red Bull meydanının təmiri olmuşdur.

Müxtəlif zamanlarda intervyulara cəlb olunmuş 68 yaşlı memar ona verilən maraqlı sualları cavablandırıb və haqqında deyilən tənqidlərə münasibət bildirib. Darıxdırıcı və bir-birinə oxşar dizaynlarına görə tənqid olunmaqla yanaşı, həm də inhisarçılıq fəaliyyətiylə işlədiyi iddia edilib.

Buna baxmayaraq o, öz üslubunu müdafiə edərək bunun zəhmətli iş olduğunu qeyd edib.

“Dizayn etmək üçün bizə heç zaman təmiz yazı taxtası verilmir. Əksinə. Çoxlu sayda qaydalar və məhdudiyyətlərlə üzləşirik. Axı torpağın sahibi biz deyilik. Ərazidəki mövcud tarixə hörmət saxlanılmalıdır”

Digər iddialara isə münasibət bildirməyib. Görülmüş işlərin büdcəsi haqqında ümumi məlumat olaraq isə yalnız bir cümlə məlumdur. F1 yarışı üçün infrastrukturun sıfırdan yaradılmasına 100 milyondan 1 milyard dollara qədər xərc tələb olunur.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.