“AzerGold” QSC hazırda iki istiqamətdə yeni yataqların geoloji tədqiqatını və kəşfiyyatını aparır. Bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov REAL TV-yə eksklüziv müsahibəsində danışarkən məlumat verib.

O bildirib ki, birinci istiqamət QSC-nin idarəedilməsinə verilən filiz sahələri üzrə həyata keçirilən fəaliyyətdir.

“İkinci istiqamət ölkə ərazisində genişmiqyaslı ümumi geoloji axtarış proqramı üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinə dəstək məqsədilə dövlətin sifarişi əsasında bizə tapşırılan sahələrdəki fəaliyyətdir. Hazırda Balakən rayonunda yerləşən və mürəkkəb geoloji quruluşa malik “Filizçay” polimetal yatağında optimal emal və zənginləşdirmə metodologiyasının müəyyənləşdirilməsi üçün tədqiqatlar aparılır. Həyata keçirilən laborator sınaq tədqiqatlar sink, gümüş, mis və qurğuşunun əldə olunmasına hədəflənib. Yatağın ümumi filiz ehtiyatı 112,71 milyon ton, yerin təkində olan metal ehtiyatları isə cari birja qiymətləri nəzərə alınmaqla qızıl ekvivalentində 10,7 milyon unsiya həcmində qiymətləndirilib”, – deyə Zakir İbrahimov vurğulayıb.

AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov

Mənbə: AzerGold QSC


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.