Xətai rayonu, Ağ şəhər 1-ci Xəzər küçəsi 5 ünvanında yerləşən təhsil müəssisəsi (Şəkil: Heydər Əliyev Fondu)
Bakı Ali Neft Məktəbinin (BANM) Xətai korpusu yeni Ağ şəhər korpusuna (ünvan: Xətai rayonu, Ağ şəhər 1-ci Xəzər küçəsi 5) köçdü.
Qeyd üçün bildirək ki, 1 İyul 2024-cü il tarixinə qədər bu ünvanda “Bakı Fransız Liseyi” fəaliyyət göstərirdi. 2011-ci ilin mart ayında Heydər Əliyev Fondu, Fransanın Azərbaycandakı Səfirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Təhsil Nazirliyi arasında Bakıda fransız liseyinin tikintisi ilə əlaqədar niyyət bəyannaməsi imzalanıb, oktyabr ayında isə Azərbaycan və Fransa Prezidentlərinin iştirakı ilə liseyin təməlqoyma mərasimi keçirilmişdi.
Yeni korpusda ali məktəbin Davamlı təhsil fakültəsi, İngilis dili və humanitar fənlər mərkəzi fəaliyyət göstərəcək. Eyni zamanda, burada BANM-in nəzdində yeni liseyin yaradılması nəzərdə tutulur. Bununla bağlı sualları Bakı Ali Neft Məktəbinin Ağ şəhər korpusuna ünvanlamaq olar.
Mənbə: AZƏRTAC
Bu haqda nə düşünürsən?