Sabah paytaxtda növbəti genişmiqyaslı ümumşəhər iməciliyi keçiriləcək

Yerli icra strukturunun məlumatına görə son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində küçə, yol kənarlarında, həyət və məhəllələrdə yaranmış tozun təmizlənməsi, şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən şənbə günü, avqustun 10-da paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə və özlərinə məxsus obyekt və mənzillərin pəncərələrini, obyektlərin vitrinlərini və ətraf ərazilərini təmizləməyə çağırır.

Mənbə: AZƏRTAC


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.