Avqustun 10-da paytaxt Belqradda və digər bölgələrdə baş tutan nümayişlərdə 20 mindən çox insan iştirak edib. Aksiya iştirakçıları qatar stansiyaları və yolları bağlayıblar.
Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, qatar stansiyalarına daxil olan nümayişçilərə qarşı “ictimai asayişi və sülhü pozduqları” iddiası ilə cinayət işi açılacaq.
Nümayişçilər gecəni vağzalda və şəhərin digər yerlərində keçirib. Etiraz aksiyası növbəti gün də davam etdirilib.
Qeydi edək ki, ötən günlərdə Aleksandar Vuçiç yaxın bir il yarım ərzində Yadar yatağında litium hasil edilməyəcəyini bəyan etmişdi.
Yadar vadisində Avropanın ən böyük litium yatağı yerləşir. Britaniya-Avstraliya birgə müəssisəsi olan “Rio Tinto” dağ-mədən şirkəti 2004-cü ildə Serbiyanın Loznitsa şəhərində litium mineral ehtiyatları aşkarlayıb. Dağ-mədən layihəsi ötən illərdə Serbiyada ekoloji etirazlara səbəb olub.
Keçən ay Serbiya hökuməti və Avropa İttifaqı litium tədarükünə dair saziş imzalayıb.
Mənbə: AZƏRTAC
Bu haqda nə düşünürsən?