Serbiya Prezidenti Aleksandar Vuçiç litium hasilatı layihəsinə qarşı nümayişlərə görə yerli icmalarla görüş keçirəcəyini və referendumla bağlı müzakirələrə hazır olduğunu deyib.

Aleksandar Vuçiç qarşıdakı iki il ərzində litium ehtiyatları ilə bağlı hər hansı qazıntının aparılmayacağı bildirib.

“Etiraz aksiyalarını təşkil edənlər və müxalifət nümayəndələrini görüşə dəvət etmişdik. Lakin heç kim bizim çağırışımızı qəbul etmədi. Dialoq yolu ilə həllin mümkünlüyünü düşünürəm. Nümayişlər ölkəmiz üçün çox vacib olan demokratik bir mühitdə keçdi. Hər şey demokratik ölkələrdəki kimi oldu”, – deyə Serbiya Prezidenti əlavə edib.

Qeyd edək ki, iki gündür paytaxt Belqradda və digər bölgələrdə litium hasilatı layihəsinə qarşı baş tutan nümayişlərdə 20 mindən çox insan iştirak edib.

Yadar vadisində Avropanın ən böyük litium yatağı yerləşir. Britaniya-Avstraliya birgə müəssisəsi olan “Rio Tinto” dağ-mədən şirkəti 2004-cü ildə Serbiyanın Loznitsa şəhərində litium mineral ehtiyatları aşkarlayıb. Keçən ay Serbiya hökuməti və Avropa İttifaqı litium tədarükünə dair saziş imzalayıb. Dağ-mədən layihəsi Serbiyada vaxtaşırı ekoloji etirazlara səbəb olub.

Mənbə: AZƏRTAC


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.