Avqustun 1-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaqların təyinatına uyğun və səmərəli istifadəsinə, torpaqların əsassız zəbt olunmasına qarşı nəzarət tədbirləri çərçivəsində aşkar etdiyi qanunazidd hallar haqqında hesabat dərc edib.

MEMAR.today xəbər verir ki, cari ilin yanvar-iyun ayları ərzində torpaq müfəttişləri tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 3104 hal aşkar edilib, 625 inzibati cərimə tərtib edilib. Bu ilin ilk 6 aylığı ərzində aparılan monitorinqlərin nəticəsinə görə ən çox torpaq qanunvericiliyinin tələblərinin pozulması halları 1719 olmaqla Bakı şəhərinin payına düşüb.

Tikinti məqsədilə ayrılmayan torpaq sahələrində aparılan qanunsuz tikinti işlərinin qarşısının alınması üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər aparılıb, 7,7 ha torpaq sahəsinin zəbt olunmasının qarşısı alınaraq ilkin vəziyyətə qaytarılıb.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.