MEMAR.today xəbər verir ki, Azərbaycan Memarlar İttifaqı yerli memarları Rusiyada baş tutacaq XIII Beynəlxalq “Eko-Sahil-2024” Memarlıq festivalında iştirak etməyə dəvət edir. Festival sentyabrın 26-dan 28-dək Həştərxan şəhərində keçiriləcək.
Rusiya Memarlar İttifaqının təşkilatçılığı ilə festival çərçivəsində “Proletar” adasında “Həştərxan” turizm-rekreasiya klasterinin formalaşması üçün memarlıq və şəhərsalma konsepsiyasının hazırlanması üzrə Ümumrusiya müsabiqəsi də keçirilir.
Müsabiqədə iştirak etmək üçün diplomlu memarlar, layihə təşkilatları, memarlıq emalatxanaları, yaradıcı memarlıq kollektivləri və birliklər, həmçinin ixtisaslaşdırılmış ali məktəblərin tələbələri dəvət olunurlar.
Müsabiqənin proqramı və şərtləri, eləcə də festival Proqramının layihəsi https://ecobereg.ru/ saytında yerləşdirilib.
Bu haqda nə düşünürsən?