“EOS QRUP” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən əmək hüquqlarının pozulması faktı ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılıb.

Ağdam rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qaunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi hörgü blokları istehsal edən zavodda istehsal rəisi vəzifəsini yerinə yetirməsi işinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.


Eyni zamanda Cəmiyyətin direktoru Hüsniyə Məmmədova barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial müdafiəsi Nazirlyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qarabağ Regional Şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.

Qeyd edək ki, 24 İyul 2023-cü ildə “EOS Qrup” MMC-yə “Qazobeton bloklar istehsalı sahəsinin təşkil olunması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində Ağdam sənaye parkında zavod tikilib ona rezident statusu verilmişdir. Zavodun tikintisi “DMC Alyans Qrup” MMC tərəfindən aparılmışdır.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.