Avqustun 15-də Naxçıvan şəhəri, Əziz Əliyev küçəsində (İlham Əliyev adına Olimpiya İdman Kompleksinin qarşısı) 450 millimetrlik magistral su xəttində təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

Şəhər İcra Hakimiyyətindən bildirilib ki, təmir işlərinin aparılması ilə əlaqədar olaraq səhər saat 09:00-dan gecə 00:00-dək magistral yol birtərəfli bağlanılaraq zəruri qazıntı və hazırlıq işləri aparılacaq. Eləcə də əhalinin su ilə təminatında fasilələrin yaranmaması üçün boru dəyişmə işlərinin gecə saat 00:00-dan səhər saat 06:00-dək həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, boruların yeniləri ilə əvəzlənməsi zamanı gecə saat 00:00-dan səhər saat 06:00-dək şəhərin İstiqlal küçəsindəki 121, 123, 125, 127 və 129 saylı binalarda suyun təzyiqinin azalması, Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binası, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikası, Xətai məhəlləsi, 11, 20, 21 və 22-ci məhəllələrdə suyun tamamilə dayandırılması nəzərdə tutulur.

Mənbə: AZƏRTAC


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.