Son zamanlar reklam lövhələrinin qanunsuz yerləşdirilməsi haqqında xəbərlər daha tez-tez eşidilir. Artıq bir neçə ildir ki, ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələrinin qorunması və mövcud qanunvericilik çərçivəsində istifadəsinə nəzarət gücləndirilib. Bunun nəticisidir ki, nöqsanların aradan qaldırılması üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) ortaq tədbirlər görür. Onların hədəfində əsasən tarixi binalarda fəaliyyət göstərən ictimai iaşə obyektləri durur.

Paytaxtda yerləşən abidə-binalarda fəaliyyət göstərən obyektlərdə qanunsuz yerləşdirilən, abidələrin xarici görkəmini pozan reklam lövhələr Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunur. Nöqsanların aradan qaldırılması üçün sahibkarlar ilə məlumatlandırıcı söhbətlər aparılır. Əməkdaşlıq çərçivəsində ADRA da abidə-binaların bədi-estetik görkəminə xələl gətirən qanunsuz reklam lövhələrini sökərək nöqsanların aradan qaldırımasına kömək edir.

Nəticədə bu sahədə qanunvericiliyin tələblərinin təmin olunması ilə bağlı fiziki və hüquqi şəxslər tərəfindən təşəbbüs göstərənlərin sayı artmaqdadır. Geri qalan sahibkarlar isə açıq məkanlarda reklam yerləşdirmək üçün ADRA-ya müraciət etməlidir. Bununla bağlı Agentliyin rəsmi veb saytında ətraflı məlumat dərc olunub.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.