Qazaxıstanın Su Ehtiyatları və İrriqasiya Nazirliyi ilin əvvəlində yaradılmış Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti barədə məlumat verib.

AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Aktau şəhərində institutun fəaliyyəti üçün bina ayrılıb və hazırda qurumun avadanlıqla təchiz edilməsi və maliyyələşdirilməsi işləri aparılır.

İnstitut Xəzər dənizinin ekoloji problemlərini, su səviyyəsinin azalması məsələsini, suitilərin və balıqların kütləvi tələf olmasının səbəblərini, Xəzər suitisinin populyasiyasının qorunması məsələlərini, Xəzərin akvatoriyasını və sahil zonasını öyrənəcək.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.