Ankara və Bağdad Türkiyə ərazisindən başlayan və İraq iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edən Dəclə və Fərat çaylarının axınından səmərəli və qənaətlə istifadə edilməsi üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, iki çayın axınının tənzimlənməsi üzrə layihələrin maliyyələşdirilməsi İraqın Türkiyə istiqamətində nəqli öhdəliyi ilə bağlı əldə olunacaq neft gəlirlərindən istifadə etməklə həyata keçiriləcək.

Su sektorunda əməkdaşlığa dair hökumətlərarası Saziş artıq Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib və Türkiyə Nazirlər Kabinetinin rəsmi qəzetində – “Resmi Gazete”də dərc olunub.

Razılaşmaya əsasən, İraq hökumətinin elan etdiyi tenderlərə infrastruktur layihələri, eləcə də ətraf mühitin mühafizəsi sahəsində ixtisaslaşmış türk şirkətləri cəlb olunacaq. Suyun duzsuzlaşdırılması, daşqınların qarşısının alınması, quraqlığın təsirlərinin minimuma endirilməsi, suvarma şəbəkələrinin yaradılması, tullantı sularının təmizlənməsi üzrə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, İraq ərazisindəki su anbarlarının modernləşdirilməsi də həyata keçiriləcək

Mənbə: AZƏRTAC


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.