Qazaxıstanda yeni AES-in tikilməsi məsələsi ilə bağlı Almatıda 19-cu ictimai müzakirələr keçirilib.
Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müzakirələrdə atom sənayesi üzrə ekspertlər, dövlət orqanlarının, ictimai və vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.
1 sentyabr 2023-cü ildə “Ədalətli Qazaxıstanın iqtisadi kursu” adlı müraciətilə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev atom enerjisinin inkişafının xüsusi əhəmiyyətli iqtisadi və siyasi aspektə çevrildiyini qeyd edib, AES-in tikilməsi qərarını ümumxalq referendumunun keçirilməsi yolu ilə verməyi təklif edib.
Bu ilin iyun ayının sonunda isə Prezident Tokayev AES-in tikilməsi ilə bağlı referendumun cari ilin payızında keçiriləcəyini elan edib. Dəqiq tarixi Qazaxıstan hökuməti müəyyən edəcək.
Mənbə: AZƏRTAC
Bu haqda nə düşünürsən?