Qubada Qırımızı Qəsəbənin yaradılmasının 290-cı ildönümü münasibətilə sərgi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qırmızı Qəsəbədəki Dağ Yəhudiləri Muzeyində təşkil edilən sərginin açılış mərasimində bildirilib ki, Azərbaycanda hər zaman multikulturalizm və tolerantlıq dəyərlərinə, ölkədə yaşayan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamasına, yerli əhali ilə inteqrasiyasına xüsusi önəm verilib.

Bildirilib ki, Qırmızı Qəsəbənin tarixinin, dağ yəhudilərinin müxtəlif dövrləri əhatə edən həyat tərzinin, maddi və mənəvi mədəniyyətinin, irsinin və ənənələrinin, əlyazmaların, antik əşyaların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə 2019-cu ildə Qırmızı qəsəbədə Dağ Yəhudiləri Muzeyi yaradılıb.

Sərgi ilə tanışlıqdan sonra iştirakçılar Qırmızı Qəsəbəyə həsr olunan videoçarxı izləyiblər.

Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbə Qudyalçayın sol sahilində yerləşir. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə Quba xanlığına bütün ətraf ərazilərdə yaşayan yəhudilər köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub.

Mənbə: AZƏRTAC


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.