Küveytin Elektrik, Su və Bərpaolunan Enerji Nazirliyi paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişini mərhələli şəkildə dayandırıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, elektrik enerjisinin kəsilməsinə istilik elektrik stansiyalarının yanacaq təchizatında yaranan fasilələr səbəb olub. Elektrik enerjisi istehsalının kifayət qədər olmaması səbəbindən duzsuzlaşdırma qurğularının da fəaliyyəti dayandırılıb.

Küveyt təsdiqlənmiş neft ehtiyatlarına görə dünyada altıncı yerdədir. OPEC-in məlumatına görə, Küveytin neft ehtiyatları 101,5 milyard barel və ya dünya neft ehtiyatlarının təxminən 6%-i səviyyəsində qiymətləndirilir. 2023-cü ilin sonunda Küveytdə neft hasilatı gündə təxminən 2,8 milyon barel neft təşkil edib. Ölkə həm də əhəmiyyətli təbii qaz ehtiyatlarına malikdir.

Mənbə: AZƏRTAC


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.