“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə 21.08.2024-cü il tarixində saat 10:00-dan etibarən Nizami rayonu, Elşən Süleymanov küçəsində 1 ədəd siyirtmənin quraşdırılması, saat 09:00-dan isə “Masazır” QPS-in yüksək təzyiqli qəbul magistral qaz xətti üzərində quraşdırılmış 2 (iki) ədəd filtr-separatorların demontaj edilərək “Xaşa-Xuna” QPS-in qəbul qaz xətti üzərində quraşdırılması məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Nizami rayonu üzrə E.Süleymanov, C.Naxçıvanskı, B. Nuruyev küçələrinin və Babək prospektinin, Abşeron rayonu üzrə isə Xırdalan şəhərinin və AAF Park Yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mənbə: REPORT


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.