Mingəçevir şəhərində bəzi küçələrdə qazın verilişi dayandırılıb.

MEMAR.today “REPORT”-a istinad edərək xəbər verir ki, Mingəçevir xidmət sahəsinin xidməti ərazisi olan Ü.Hacıbəyov küçəsində yerləşən qaz kəmərində sızma aşkarlanıb.

Yaranmış problemin həlli istiqamətində işlərə başlanılıb.

Bu səbəbdən şəhərin Ü.Hacıbəyov, R.Rza, 20 Yanvar, İ.Qayıbov və V.Abdullayev küçələrində qaz təchizatı dayandırılıb.

Qeyd edək ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.