Horadiz-Ağbənd dəmir yolu xəttinin 75-ci km də inşa edilən qalereya, Azərbaycan Respublikasının müstəqilliyi dövründə inşa olunan ilk dəmir yolu qalereyasıdır.
MEMAR.today xəbər verir ki, bu barədə yerli jurnalistlərə Şərqi Zəngəzurda yenidən qurulan, Horadiz – Ağbənd dəmir yoluna media turu çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəhbəri Sənubər Nəzərova bildirib.
Onun sözlərinə görə Horadiz-Ağbənd dəmir yolu xəttinin 75-ci km-də inşa edilən qalereya, dəmir yolunu dağlardan düşə biləcək qaya parçalarından mühafizəsi üçün layihələndirilib.
“Qalereyanın uzunluğu 144 m-dir. Tikilən qalereyanın qabariti gələcəkdə dəmir yolu xəttinin elektirikləşdirilməsi üçün də imkan verir”, – Sənubər Nəzərova qeyd edib.
O, əlavə edib ki, qalereya svaylar üzərində layihələndirilib və onun konstruksiyası monolit dəmir-betondur.
Mənbə: APA-Economics
Bu haqda nə düşünürsən?