Sabah təntənəli şəkildə Laçın şəhəri günü qeyd olunacaq.
MEMAR.today saytı “AZƏRTAC”a istinad edərək xəbər verir ki, Avqustun 26-da Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı, “Bakı Abadlıq Xidməti” MMC-nin dəstəyi ilə Laçın Şəhəri Günü növbəti dəfə təntənə ilə qeyd olunacaq.
26 avqust – Laçın Şəhəri Günü Azərbaycanın əlamətdar günlər təqviminə ötən il daxil edilib. Bu günün əhəmiyyəti Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamında geniş şəkildə əks olunub.
Bu haqda nə düşünürsən?