Sabah Bakının Sabunçu və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

MEMAR.today saytı “Report”a istinad edərək xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat daxil olub.

Məlumata görə, “Ramana” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğv olunması məqsədi ilə avqustun 28-də saat 15:55-dən etibarən qaz təchizatı dayandırılıb.

Təmir-bərpa işləri ilə əlaqədar Sabunçu rayonunun Ramana qəsəbəsinin, Yeni Ramana qəsəbəsinin D.Bünyadzadə, H.Z.Tağıyev, Deputat, Yeni Zaman küçələrinin tam olaraq, Sabunçu qəsəbəsinin bir hissəsinin və Suraxanı rayonu ərazisində Deputatski küçəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.