Paytaxt və bölgələrdə ərazilərin təmizlik, sanitar-gigiyena qaydalarına riayət olunması polis əməkdaşları tərəfindən daim diqqətdə saxlanılır.

MEMAR.today saytı “AZƏRTAC“a istinad edərək xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, xüsusilə də yerli və xarici ziyarətçilərin ən çox səfər etdikləri işğaldan azad olunan ərazilərdə məişət tullantıları və tütün məmulatlarının tutumlara (urnalara) atılması təşviq olunur, qaydalara əməl etməyən şəxslərə qarşı inzibati tənbeh tədbirləri görülür.

Nazirlik bir daha vətəndaşların nəzərinə çatdırır ki, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.