Sabah Lerik rayonunun 42 kəndində qazın verilişi dayandırılacaq.

MEMAR.today saytı “Report”a istinad edərək xəbər verir ki, bu barədə Muğan bürosundan məlumat verilib. Məlumatına görə, Lerik şəhəri E.Qarayev küçəsində yerləşən şəhid atası Mövlanov Tahir Xanış oğluna məxsus torpaq sahəsindən keçən orta təzyiqli yeraltı və yerüstü qaz kəmərlərinin yerinin dəyişdirilməsindən ötrü Cəngəmiran kəndi istiqamətində 42 kənd olmaqla, ümumilikdə 2 800 abonentin qaz təchizatının sabah saat 10-00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək sizdən xahiş edilir.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.