Bakının Səbail rayonunun Nizami küçəsində yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə sabah saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

MEMAR.today saytı “Report”a istinad edərək xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Səbail rayonunun Nizami, Dilarə Əliyeva, Şəmsi Bədəlbəyli, 28 May küçələrinin və Azadlıq prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.