Paytaxtın Suraxanı rayonunda baş verən yanğınla bağlı hazırda ETSN-in əməkdaşları ərazidə monitorinq aparırlar.
MEMAR.today saytı “AZƏRTAC”a istinad edərək xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.
O qeyd edib ki, mütəxəssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürürlər.
Bu haqda nə düşünürsən?