Bakının işıqlandırılmasında Niderlandın “Signify” şirkətinin işıqlandırma sistemi istifadə olunur.
MEMAR.today saytı Niderlandın Azərbaycandakı səfirliyinə istinad edərək xəbər verir ki, bu əməkdaşlıq özünü hava limanından tarixi əhəmiyyətli yerlərə və magistral yollara qədər Azərbaycan iri şəhərlərində əks olunub. Səfirlik bildirib ki, bu əməkdaşlıq Azərbaycana davamlı inkişaf həlləri təqdim edir.
Məqsəd ultra-səmərəli işıqlandırma, dairəvi iqtisadiyyatın dizaynı, dayanıqlı materialların istifadəsi, plastik qablaşdırmanın ləğvi və bir çox digər vasitələr ilə şəhərimizdəki enerji səmərəliliyini artırmaqdır.
Sonda qeyd olunub ki, yaşıl gələcək üçün şəhərlərimizin dayanıqlı inkişafı olduqca vacibdir və biz Niderland və Azərbaycan arasında belə faydalı əməkdaşlıqlar görməkdən məmnunuq.
Bu haqda nə düşünürsən?