İldırım vurması nəticəsində fəaliyyətini dayandıran Ermənistandakı atom elektrik stansiyası (AES) yenidən enerji sisteminə qoşulub.
MEMAR.today saytı “Report”a istinad edərək xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ən qısa zamanda AES tam gücü ilə işləməyə başlayacaq.
Bu haqda nə düşünürsən?