30 avqustda paytaxtın alış-veriş cəhətdən işlək olan ərazisində – “20 Yanvar” metrostansiyasının keçidində fəaliyyət göstərən mağazalar bağlanıb.

MEMAR.today saytı “Report”a istinad edərək xəbər verir ki, hazırda keçiddə heç bir mağaza fəaliyyət göstərmir.

Məsələ ilə bağlı ərazidə olan mağaza sahibləri danışmaq istəmədilər. Onlar yalnız mağazaların bağlanılması barədə məlumat aldıqlarını deyiblər.

Rəsmi strukturlar “Report”un müvafiq sorğusuna cavablarında bu məsələyə aidiyyəti olmadıqlarını deyiblər.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu sahənin onlara aidiyyəti yoxdur:

“Səhər stansiya rəisinə məlumat verilib ki, mağazalar açıq deyil. Amma heç kim bunun səbəbini bilmir”.

Bakı Şəhər İcra Hakimiyyəti və tabeliyində fəaliyyət göstərən Ticarət və Xidmət Departamenti də bunun onlara aidiyyəti olmadığını bildirib.

Qeyd edək ki, bu hadisədən bir gün öncə memar Elçin Əliyev “20 yanvar” metrosunun yeraltı keçidində çəkdiyi fotoları öz “Facebook” hesabında paylaşaraq yaranmış vəziyyətlə bağlı müşahidə etdiyi nöqsanlara diqqət çəkmişdi.

Mağazaların səhərisi gün bağlanmasının bu paylaşımla bir əlaqəsi olub olmadığı isə dəqiq deyil.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.