Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonuna səfər ediblər.
MEMAR.today saytı bu səfər çərçivəsində ziyarət olunan yerlərin siyahısını oxucularına təqdim edir.
- Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı
- Xudavəng monastır kompleksi
- Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsi ilə tanışlıq
- Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlqoyma mərasimi
- Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi
- Kəlbəcər şəhərində inzibati binanın təməlqoyma mərasimi
- Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi
- “İstisu” mineral su zavodunun açılışı
- “Zar” KSES-in açılışı və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışı
- “İstisu” yarımstansiyasının açılışı
- “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri
- Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlqoyma mərasimi
Bu haqda nə düşünürsən?