Bu gün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Belarus Respublikasının xarici işlər nazirinin müavini İqor Nazarukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

MEMAR.today saytı xəbər verir ki, bu haqda Komitənin yaydığı məlumatda deyilib.

Belarus mütəxəssisləri tərəfindən Ağdam rayonunun Qızıl Kəngərli kəndində aqrar şəhərciyin yaradılması ilə bağlı layihə işlərinin icra vəziyyəti müzakirə edilib və layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına təsiri vurğulanıb.

Qonaqları salamlayan Komitə sədri iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini və qabaqcıl təcrübələr əsasında birgə layihələrin icrası üçün geniş imkanların olduğunu vurğulayıb.

Bundan başqa görüşdə işğaldan azad olunmuş ərazilərin bərpasında Belarus təcrübəsinin tətbiqi ilə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyi qeyd olunub.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.