Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin regionlarda növbəti vətəndaş qəbulunu həyata keçirəcək.
MEMAR.today xəbər verir ki, Komitə sədri Anar Quliyev 6 sentyabr 2024-cü il tarixində İmişli, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Biləsuvar, Cəbrayıl və Xocavənd rayon sakinlərini qəbul edəcək.
Komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq İmişli şəhəri, 20 Yanvar küçəsi (Heydər Əliyev Mərkəzi) ünvanında baş tutacaq.
Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı, həmçinin http://www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.
Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 163,599) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.
Bu haqda nə düşünürsən?