Qazaxıstan arxeoloqları Türküstan vilayətinin Suzak rayonunda, Kızılkol kəndi yaxınlığında yerləşən arxeoloji abidədə çöl tədqiqatlarını başa çatdırıblar.

MEMAR.today saytı “AZƏRTAC”a istinad edərək xəbər verir ki, bu haqda Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirib ki, tədqiqatlar məbəd və iki kurqanın qazıntılarını əhatə edib və eramızdan əvvəl II əsrə aid edilən Kanqün mədəniyyətinə xas nadir artefaktların əldə olunmasına imkan yaradıb.

Qazıntılar zamanı iri və xırdabuynuzlu heyvanların sümükləri və buynuzları, daş əmək alətləri, həmçinin qab qulpları və geyim düymələri də daxil olmaqla keramika fraqmentləri aşkar edilib.

Abidənin hündür dağlar və göllər yaxınlığında yerləşməsi, məbədin quruluş xüsusiyyətləri və tapılmış artefaktların növləri bu tikililərin ritual məbəd kimi istifadə edildiyini ehtimal etməyə imkan verir. Daş əmək alətləri isə əkinçiliyin, xüsusilə torpağın becərilməsi və məhsul yığımının inkişafından xəbər verir.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.