İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova sentyabrın 13-də Ucar Gənclər Mərkəzində (Ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti) Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşlarla görüşəcək.
MEMAR.today saytı “AZƏRTAC“a istinad edərək xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi görüş saat 11:00-dan etibarən keçiriləcək. Qəbul zamanı vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Görüşdə iştirak etmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun 16 saylı Ucar Ərazi İdarəsinə (telefon: 051 3546143, elektron ünvan: dedkr.16sayli@emlak.gov.az) sentyabrın 12-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Bu haqda nə düşünürsən?