Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında istehsal olunan ümumi elektrik enerjisinin 55 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür.
MEMAR.today saytı “Report”a istinad edərək xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Energetika Xidməti məlumat verib.
Məlumata görə, bu ilin yanvar-avqust ayları üzrə istehsal olunan ümumi elektrik enerjisinin 45 %-i İstilik Elektrik Stansiyalarında, 42 %-i Su Elektrik Stansiyalarında, 13 %-i isə Günəş Elektrik Stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin həcmi 20 %-ə yaxın artıb.
Bu haqda nə düşünürsən?