Cari ilin yanvar-avqust aylarında əsas kapitala 11 milyard 216,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox investisiya yönəldilib.

MEMAR.today saytı “AZƏRTAC“a istinad edərək xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,4 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 3,9 faiz artıb. İstifadə olunmuş investisiyanın 5 milyard 587 milyon manatı və ya 49,8 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 287,3 milyon manatı (38,2 faizi) xidmət sahələrinə, 1 milyard 342,6 milyon manatı (12 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 9 milyard 315,8 milyon manatını və ya 83,1 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 8 milyard 90,5 milyon manatı və ya 72,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.