İşlənmiş təkərlər təkrar emal olunaraq ondan yeni məhsullar hazırlanır.

MEMAR.today saytı “Xəzər Xəbər”ə istinad edərək xəbər verir ki, görüntülər Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinin rezin tullantıların utilizasiyası və təkrar emalı müəssisəsindəndir. Hər il yüzminlərlə işlənmiş təkər burda yenidən xammala  çevrilir.

Şinlər zavodda doğranıb çeşidləndikdən sonra digər zavodlara göndərilir.

Ötən ilin iyun ayından fəaliyyət göstərən bu layihənin ilkin mərhələsində təkərlər qəbul edilir, emal prosesindən keçərək daha sonra digər mərhələlərin həyata keçirilməsi üçün paylanılır.

Qeyd edək ki, işlənmiş təkər, mühərrik və hidravlika yağları, yararsız ehtiyat hissələri təkrar emal məqsədilə əvəzsiz olaraq, əlavə ödənişsiz qəbul edilir.

Mövzu ilə bağlı “Xəzər Xəbərin”in videomaterialını oxuculara təqdim edirik.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.