Bakının Sabunçu rayonunun, Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Qaradağ rayonu, “Ələt” QPS-də baypas xətti üzərində quraşdırılmış istismara yararsız siyirtmənin əvəz olunması məqsədi ilə bugün saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

MEMAR.today saytı “Report”a istinad edərək xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, təmir-quraşdırma işləri görülən müddətdə Sabunçu rayonu üzrə Bilgəh qəsəbəsinin Azərbaycan qadını küçəsinin, Qaradağ rayonu üzrə isə Ələt qəsəbəsinin, Qobustan qəsəbəsinin Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.