Günəşdə davamlı olaraq baş verən M sinif (radiodalğaları əngəlləyən, yayılmasına mane olan) alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb.

MEMAR.today saytı “AZƏRTAC“a istinad edərək xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəşin şimal-qərb hissəsində sentyabrın 10-da baş verən tac kütlə atılması Yerdə sentyabrın 12-si günün ikinci yarısından başlayaraq 13-ü axşam saat 18:00-dək davam edən geomaqnit qasırğası yaradacaq. Bu tarixlərdə radiosiqnallarda, onların ötürülməsi və qəbulunda kəsilmələr müşahidə edilə bilər.

Hazırda geomaqnit sahə sakit və qeyri-stabildir. Sentyabrın 10-da baş vermiş tac kütlə atılmasının təsiri Yerdə sentyabrın 12-13-də özünü göstərəcək. Sentyabrın 12-si gecə geomaqnit qasırğanın səviyyəsi G1(mülayim), sentyabrın 13-ü səhər 08:00-dək G2 (orta), saat 20:00-dək G1 olacaq. Sonrakı müddətdə geomaqnit sahə sakit səviyyəyə qayıdacaq.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.