2024-cü ilin 2-ci Ay tutulması sentyabrın 18-də baş verəcək. Bu, qismən Ay tutulmasıdır.

MEMAR.today saytı “Report”a istinad edərək xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, qismən Ay tutulması Bakı vaxtı ilə saat saat 04:41:02-də başlayıb, saat 08:47:18-də sona çatacaq.

Tutulmanın maksimumu sentyabrın 18-i saat 06:44:10-da baş verəcək. Saat 06:12:48-də qismən tutulma başlayacaq və saat 07:15:35-də sona çatacaq. Saat 04:41:02-da yarımkölgəli tutulma başlayacaq və saat 08:47:18-də sona çatacaq.

2024-cü ilin 2-ci qismən Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkün olacaq.

Azərbaycan ərazisində səhər saatlarında saat 04:41-dən 06:19-a kimi yarımkölgəli Ay tutulması müşahidə ediləcək.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.