26 sentyabrda IV Su İnnovasiya Forumu keçiriləcək. Tədbir “The Ritz-Carlton” otelində “Aqualink” MMC-nin təşkilatçılığı ilə baş tutacaq.

MEMAR.today saytı “AZƏRTAC”a istinad edərək xəbər verir ki, bu barədə forumun təşkilat komitəsindən bildirilib.

“Gələcək üçün su” şüarı altında keçiriləcək IV Su İnnovasiya Forumunun əsas məqsədi nəinki ölkəmizdə, o cümlədən Xəzəryanı dövlətlərdə və regionda su və ətraf mühit mövzularında təcrübələrin mübadiləsi, beynəlxalq elmi yeniliklərin nümayişi, yerli sahibkarlarla dövlət və xarici tərəfdaşların əməkdaşlığının dərinləşdirilməsi, eyni zamanda, su ehtiyatlarının dayanıqlı idarə edilməsində “yaşıl həll”ərin təqdimatıdır.

IV Su İnnovasiya Forumunda fəxri qonaqlar qismində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də aidiyyəti digər dövlət qurumlarının yüksəkvəzifəli səlahiyyətli nümayəndələri, yerli və xarici sahəvi şirkətlərin rəhbər və mütəxəssisləri olacaqdır.

İlk panel “Su ehtiyatlarının idarəedilməsində beynəlxalq təcrübələrin tətbiqi – Holland təcrübəsi” olacaqdır. Bu paneldə Niderland Krallığının dinamik, inkişaf edən, qabaqcıl şirkət və qurumların nümayəndələri, o cümlədən “Royal Haskoning DHV”, “IHE Delft” Su Təhsili İnstitutu, “Spaans Babcock BV”, “Nijhuis Saur Industries” və digər şirkətləri iştirak edərək müasir sutəmizləmə texnologiyaları, su idarəedilməsində effektiv və səmərəli həllər, o cümlədən qabaqcıl texnologiyaların tətbiqi, su təsərrüfatlarında dayanıqlı idarəetmə təcrübələri kimi bir sıra aktual mövzularda məruzə ilə çıxış edəcəklər. İlk paneli Niderland Krallığının Rotterdamın Erasmus Universitetində (“Erasmus University Rotterdam”) İdarəetmə və İctimai Siyasət üzrə baş müəllim, eləcə də Sinqapur Milli Universitetinin (“National University of Singapore”) Li Kuan Yu İctimai Siyasət Məktəbində aparıcı tədqiqatçı kimi fəaliyyət göstərən elmi mütəxəssis Fərhad Muxtarov idarə edəcəkdir.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.