Suqovuşan qəsəbəsində yeni yaşayış məhəllələsinin tikintisi yekunlaşmaq üzrədir. MEMAR.today saytı xəbər verir ki, “İTV XƏBƏR” ərazidən videogörüntüylə bərabər bu haqda məlumat paylaşıb.
Məlumata görə, 2 hektardan çox ərazini əhatə edən kompleksdə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa edilir. İki girişi olan 5 binanın hər birində lift quraşdırılıb və zirzəmisində 22 avtomobil dayanacağı var. Məhəllədə futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası, su anbarı və digər zəruri infrastruktur obyektlərinin tikintisini də başa çatır. Burada həmçinin geniş yaşıllıq zolaqları da salınır.
Suqovuşan qəsəbəsində gedən işlərlə əyani tanış olmaq üçün “İTV XƏBƏR”in lentə aldığı görüntüləri oxucularımıza təqdim edirik.
Bu haqda nə düşünürsən?