Keçən həftənin Bazar günü Brüsseldə Beekkant metro stansiyasında hamilə sərnişin uşaq dünyaya gətirib.

MEMAR.today saytı “The Brussels Times”a istinad edərək xəbər verir ki, Brüsselin ictimai nəqliyyat şirkəti STIB bu qeyri-adi hadisə haqqında sosial şəbəkə hesabında xəbər paylaşıb. Xəbərə görə, qatarda yol gedən hamilə sərnişin doğum prosesini ailə üzvləri, metro işçiləri və təcili yardım işçilərinin köməyi ilə Beekkant stansiyasında başa çatdırıb.

STIB yeni doğulan uşağın valideynlərini və təcili yardıma yetişən hər kəsi təbrik edib. Bundan əlavə Brüssel metro şirkəti STIB qeyri-adi şəraitdə doğulan uşağa hədiyyə olaraq ömürlük gediş haqqı təqdim edib.

Şirkət bu yaddaqalan hadisəni heç vaxt unudulmayacaq bir xatirə adlandırıb.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.