Yeni tədris ilinin ilk günündə Abşeron dairəvi dəmir yolu ilə hərəkət edən qatarlarla rekord sayda səfər qeydə alınıb.

MEMAR.today saytı “AZƏRTAC“a istinad edərək xəbər verir ki, Azərbaycan Dəmir Yollarından (ADY) verilən məlumata görə sentyabrın 16-da Bakı-Xırdalan-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutları ilə 37 minə yaxın sərnişin rahat və təhlükəsiz mənzil başına çatdırılıb.

Qeyd edək ki, ADY yeni tədris ilinin başlaması ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək, səfərləri daha rahat və təhlükəsiz təşkil etmək üçün gücləndirilmiş iş rejiminə keçib.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.