Monteneqro ev təsərrüfatlarının məişət tullantılarını ən az çeşidlədiyi dünya ölkələrinin reytinqində ilk onluqda qərarlaşıb.

MEMAR.today saytı “AZƏRTAC”a istinad edərək xəbər verir ki, bu barədə “Lloyd’s Register” Fondunun tərtib etdiyi hesabatda deyilir. Hesabat dünyanın 142 ölkəsində 147 min müsahibə aparan “Gallup” sorğu təşkilatı tərəfindən toplanan məlumatlar əsasında hazırlanıb.

Monteneqro ilə yanaşı, Balkan regionu ölkələrindən Kosovo və Albaniya da dünyada insanın məişət tullantılarını ən az ayırdığı, ətraf mühitlə bağlı problemlərə və sağlamlıq üçün risklərə səbəb olan 10 ölkə arasında yer alır. Bildirilir ki, bu üç Balkan ölkəsində insanların hamısı məişət tullantıları ilə mübarizədə ciddi çətinliklə üzləşirlər.

Hesabatda qeyd edilir ki, məişət tullantılarının pis idarə olunması ətraf mühitə problemlər və insan sağlamlığı üçün risklər yaradır. Tullantıların ayrılmasında ən yüksək nəticə olan on ölkə Avropa və ya Şərqi Asiyadadır. Ev təsərrüfatlarının tullantılarını ən az ayırdığı ölkələrdən yeddisi Afrikadadır, digər üçü isə Monteneqro, Kosovo və Albaniyadır.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.