Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Yaşıl Azərbaycan gənclərin gözü ilə” süni intellekt həlləri ilə onlayn dizayn müsabiqəsinə start verilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqədə 14-29 yaş arası gənclər istənilən süni intellekt alətindən istifadə edərək, mövzuya uyğun maksimum 3 dizayn nümunəsi göndərə bilər. Müsabiqəyə təqdim olunmuş materiallar münsiflər heyətinin rəyi və sosial şəbəkələr üzərindən açıq səsvermənin nəticələrinə uyğun olaraq qiymətləndiriləcək. Qatılmaq istəyənlər oktyabrın 20-dək dizayn nümunələrini office@nmys.gov.az elektron ünvanına göndərməlidirlər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən qalibə qiymətli hədiyyə və diplom təqdim olunacaq.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.