Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılmasından 11 il ötür.

MEMAR.today saytı xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu haqda “Instagram” sosial şəbəkə hesabından maarifləndirici məlumat paylaşıb. Məlumata görə 2007-ci ildə Quba şəhər stadionunda tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilmişdir. Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun mütəxəssisləri tərəfindən aparılan tədqiqat nəticəsində məlum olmuşdur ki, buradaki insan sümükləri 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilən yerli sakinlərə məxsusdur.

Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasi, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılmasına qərar vermişdir.

Memorial Kompleks Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013- cü il sentyabrın 18 də açılmışdır.

Açılışda cənab prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər.

Qeyd edək ki, Kompleksin ümumi sahəsi 3,5 hektardir və 5 hissədən ibarətdir.

Kompleksin memarı isə türkiyəli memar Vahid Kasımoğludur.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.