“BHP Billiton” mədənçilik şirkətinin proqnozuna görə, süni intellekt texnologiyasının gələcək inkişafı kəskin mis çatışmazlığına səbəb olacaq.

MEMAR.today saytı “AZƏRTAC“a istinad edərək xəbər verir ki, bu barədə “Financial Times” araşdırma aparıb. Məlumatda deyilir ki, metal xərclərinin artımı məlumatların emalı mərkəzlərinin sürətlə çoxalması və müvafiq olaraq daha çox enerjitutumlu əməliyyatların aparılması ilə şərtləndirilir. Şirkətdən bildirilib ki, 2050-ci ilə qədər resursa olan qlobal tələbat 3,4 milyon ton artacaq, məlumat mərkəzləri tərəfindən mis istehlakının faizi isə 1 faizdən 7 faizə yüksələcək.

“BHP Billiton”un proqnozuna görə, qlobal mis tələbatı 2050-ci ilə qədər 52,5 milyon tona qədər artacaq.

Mis həm elektrik kabelləri, elektrik nəqliyyat vasitələri və günəş panellərinin quraşdırılması üçün olduqca mühüm materialdır. Belə yüksək tələbat resurs çatışmazlığının kəskinləşməsini şərtləndirir.

Yüksək tələbatın mis tədarükünü üstələməsi elektrikləşdirmə xərclərini artıracaq. Nəticədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün üzv dövlətlərin sürətlə şəkildə qət etməli olduğu mühüm illərdə enerji keçidini ləngidə bilər.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.