Sentyabrın 19-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və onun oğlu Heydər Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlət başçısı Ağdama səfəri zamanı daha bir neçə yerə baş çəkib. MEMAR.today saytı 19-20 sentyabr tarixlərində prezidentin Ağdam, Şuşa və Xankəndiyə təşkil olunan səfərinin siyahısını oxuculara təqdim edir.
- Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimi
- Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq
- Ağdam Sənaye Parkında müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun açılışı
- Ağdam Sənaye Parkında Elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun açılışı
- Ağdam Sənaye Parkında Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun açılışı
- Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodunun açılışı
- Ağdam Sənaye Parkında Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışı
- Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışı
- Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışı
- Ağdam şəhərində “Aghdam City Hotel”in açılışı
- Ağdam şəhərində “İmarət” stadionunun təməlqoyma mərasimi
- Ağdam rayonunun Xıdırlı kəndində görülən bərpa işləri ilə tanışlıq
- Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanışlıq
- Xankəndi şəhərində “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanışlıq
- Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışı
- Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanışlıq
- Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı
- Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanışlıq
- Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı
- Şuşada Bayraq Meydanının açılışı
- Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışı
- Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışı
MEMAR.today saytı prezidentin səfəri haqqında “AzTV”nin video materialını oxuculara təqdim edir.
Bu haqda nə düşünürsən?