Bugün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Nyu Yorkdakı baş qərargahında “Gələcəyin Sammiti”ndə iştirak edib.

MEMAR.today saytı xəbər verir ki, komitə sədri Anar Quliyev rəsmi sosial şəbəkə hesabında bu haqda məlumat paylaşaraq bu tədbiri bəşəriyyət üçün daha yaxşı bugün və növbəti nəsillər üçün daha yaxşı gələcək naminə fəaliyyəti təmin edən yüksək səviyyəli bir platforma adlandırıb.

Qeyd edək ki, dünya liderləri iqlim dəyişikliyi də daxil olmaqla qlobal çağırışların həlli üçün yeni beynəlxalq konsensus əldə etmək məqsədilə BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında bir araya gəliblər. 22-23 sentyabr tarixlərində keçirilən beynəlxalq tədbirin ilk günü Gələcəyin Paktının qəbulu ilə başlayıb.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.