23 sentyabrda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Nyu-York İqlim Həftəsi çərçivəsində Azərbaycanın evsahibliyi etdiyi COP29-un “Fəaliyyət Gündəliyi”nin bir hissəsi olan “İqlimə Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət” təşəbbüsünü tədbir iştirakçılarına təqdim edib.

MEMAR.today saytı xəbər verir ki, bu haqda komitə sədri rəsmi sosial şəbəkə hesabından məlumat paylaşıb. Qeyd edək ki, 22-24 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 79-cu sessiyası Nyu-York İqlim Həftəsi keçirilir. Sammitdə Azərbaycanın nümayəndə heyəti də iştirak edir.

Komitə sədri Anar Quliyev qeyd edib ki, Nyu-York İqlim Həftəsində Azərbaycanın təşəbbüsü haqqında BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya Rozbax, COP29-un Baş Danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Hökumətlərarası Dəstək və Kollektiv Tərəqqi bölməsinin direktoru Sesiliya Kinusiya-Nyenqa ilə birlikdə iştirakçılara ətraflı məlumat verilib. Bu təşəbbüsün bu il noyabrın 20-də COP29 çərçivəsində keçiriləcək Şəhərsalma Günündə nazirlər tərəfindən imzalanaraq bəyan olunacağı gözlənilir. Komitə sədri Anar Quliyev həmin bəyannaməni “…gələcək nəsillər üçün daha dayanıqlı şəhərlərə dair mühüm addım…” adlandırıb və buna birlikdə nail olunacağına əminlik ifadə edib.

Xatırladaq ki, BMT-yə üzv 193 ölkədən ölkə liderlərini, dövlət və hökumət nümayəndələrini bir araya gətirən ənənəni həftənin ilk iki günündə “Gələcəyin Sammiti”nin (Summit of the Future) açılışı olub. Zirvə BMT-nin Baş katibi Antonio Quterreş və BMT Baş Assambleyasının 79-cu sessiyasının sədri Fliemon Yanqın sədrliyi ilə baş tutub. Toplantıda qlobal əməkdaşlığı gücləndirmək və cari çağırışlara səmərəli uyğunlaşma yolları, dünya miqyasında bəşəriyyətin tərəqqisinə təkan vermək məqsədi daşıyan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma yolları, nüvə silahlarından istifadənin qarşısının alınması və qlobal güclərin həmrəyliyi əsas müzakirə mövzusudur.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.